Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir - CANLI

15 Avqust 2020 11:03 (UTC+04:00)

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir. SİA-nın məlumatına görə, brifinqdə Operativ Qərargahın nümayəndələri - Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, TƏBİB-in mikrobiologiya üzrə işçi qrupunun rəhbəri Qumral Ələkbərova və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva jurnalistləri maraqlandıran suallara cavab verir.

Qeyd edək ki, ölkə ərazisində indiyə qədər 820 002 test aparılıb. Aktiv xəstə sayı 2 024 nəfərdir, onlardan 197 nəfər reanimasiyadadır, 37 nəfər isə süni tənəffüs aparatına qoşulub.