Rayonlarda yoluxma sayı artıb - SƏBƏB?

15 Avqust 2020 11:21 (UTC+04:00)

Rayonlara gediş-gəliş müzakirə olunur. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Prezidentinin köməkçisi bildirib ki, burada rayonlar və paytaxt daxilindəki epidemioloji vəziyyət diqqətdə saxlanılır: "Qarşıdakı dövrdə bu məsələ ilə bağlı qərar qəbul olunacaq. Ezamiyələr ilə vətəndaşların rayonlara getməsi nəticəsində həmin yerlərdə yoluxma statistikasında nisbətən artım müşahidə olunub".

O əlavə edib ki, pandemiya dövrü səbəbilə ölkəmizdə dini mərasimlərin keçirilməsi zamanı kütləviliyə yol verilməməsi üçün vətəndaşlardan qaydalara riayət etmələri xahiş olunur: "Vətəndaşlarımızın bu qaydalara ciddi riayət edəcəklərini gözləyirik. Vətəndaşlarımızın karantin qaydalarına riayət etmələri sayəsində biz bu nəticəyə nail olmuşuq. Qarşıdakı dövrdə də bu qaydalara əməl etməklə tendensiyanı əldə saxlayacağıq".