Kanada və ABŞ hakimiyyəti sərhədləri daha 30 gün müddətində bağlı saxlamağı qərara alıblar.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bunu öz "Twitter" səhifəsində Kanadanın baş naziri Castin Trüdo yazıb.
C.Trüdo bildirib: "(Sərhəddə məhdudlaşdırıcı - red.) tədbirləri daha 30 gün müddətinə, sentyabrın 21-dək uzatmaq barədə razılığa gəldik".