İsraildə ötən gün yeni növ koronavirusa 1 258 nəfər yoluxub.
SİA-nın "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 91 080 nəfərə çatıb.
Qeyd edilir ki, aktiv koronavirus xəstələrinin sayı 23 450 nəfər təşkil edir.