ABŞ “Lockheed Martin” şirkətinə 90 ədəd “F-16” qırıcı təyyarəsinin satışını təsdiqləyib

15 Avqust 2020 08:17 (UTC+04:00)

ABŞ “Lockheed Martin” şirkətinə 90 ədəd “F-16” qırıcı təyyarəsinin 62 milyard dollara satışını təsdiqləyib.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilib.

62 milyard dollarlıq satışa tədarükün həyata keçiriləcəyi digər ölkələr də daxil ola bilər. Müqavilə kodlarından görünür ki, söhbət Çinlə ABŞ arasında gərginləşən münasibətlər fonunda Tayvana 66 “F-16” təyyarələrinin tədarükündən gedir. Pentaqon bundan əvvəl “F-16” alıcıları arasında Mərakeşin də adını çəkib.

Qeyd edək ki, bu, “F-16”-nın Tayvana ilk satışıdır, ancaq bu cür satışlar hələ 1992-ci ildə dı təsdiqlənmişdi.

Ümumilikdə ABŞ-ın hərbi-sənaye korporasiyası “Lockheed Martin” xaricdə 400-ə qədər yeni döyüş maşını satmağı planlaşdırır.