ABŞ səfirliyi Metyu Bryzanın Azərbaycanda dövlət çevrilişi etmək istəyilə bağlı yayılan xəbərə münasibət bildirib

6 May 2011 22:25 (UTC+04:00)

ABŞ səfirliyi Metyu Bryzanın Azərbaycanda dövlət çevrilişi etmək istəyilə bağlı yayılan xəbərə münasibət bildirib. ABŞ səfirliyinin mətbuat katibi Kit Bin SİA-ya açıqlamsında bildirib ki, Gürcüstanın Leyboristlər partiyasının baş katibi Soso Şatberaşvilinin səsələndiridiyi bəyanatlar heç bir həqiqəti özündə əks etdirmir: "Səfir Metyu Brayzanın Azərbaycanda dövlət çevrilişi etmək istəyi ilə bağlı yayılan xəbərlər əsassızdır və absurddur. Rəsmi Vaşinqton ikitərəfli münasibətlərin inkişafında maraqlıdır".

Qeyd edək ki, Gürcüstanın Leyboristlər partiyasıın baş katibi Soso Şatberaşvili keçirdiyi mətbuat konfransında Gürcüstan iqtidarı ilə Metyu Brayzın Azərbaycanda dövlət çevrilişi etmək istədiklərini bildirib. O, qeyd edib ki, bu barədə məlumat bir çox xarici KİV-lərdə yer alıb: "Nəzərinizə çatdırım ki, artıq bir çox xarici mətbu orqanlarında Gürcüstan prezidenti Saakaşvili başda olmaqla rəsmi Tiflisin Azərbaycanda rəngli inqilab etmək istəyi ilə bağlı xəbərlər yer alıb. Eyni zamanda Azərbaycanda rəngli inqilabın həyata keçirilməsində ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın da əli var. Belə ki, Metyu Brayza Gürcüstana son səfəri zamanı əsas bu məsələni müzakirə edib. Fikrimizcə, rəsmi Bakı bu istiqamətdə ciddi atmalıdır",- deyə o, bildirib.