Seroloji testlər pulsuz həyata keçiriləcək

14 Avqust 2020 18:26 (UTC+04:00)

"COVİD-19" pandemiyası ilə mübarizə tədbiləri çərçivəsində əhali qrupları arasinda seroloji testlərin keçirilməsinə başlanilacaq. SİA-nın verdiyi məlumata görə, sereloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının vacib bir parçası olduğundan bu istiqamətdə mühüm addımlar atılır.

TƏBİB-in Mikrobiologiya işçi qrupunun rəhbəri Qumral Ələkbərovanın sözlərinə görə, seroloji testlərin keçirilməsində əsas məqsəd əhali arasinda "COVİD-19" xəstəliyinin keçirilməsi haqqinda məlumatların əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmiş immunitet səviyyəsinin öyrənilməsidir: "Bu testlər vasitəsi ilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayını müəyyən etmək mümkündür. Seroloji testlər vasitəsi ilə əhali arasinda virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi mümkündür.
İndiyədək digər ölkələrdə əhalisi virusa ən çox yoluxan Almaniyada, Hindistanda, İsveçrədə və digər bu kimi ölkələrdə seroloji testlərlə bağli müxtəlif ciddi tədqiqatlar aparilib. Türkiyədə isə "COVİD-19" xəstəliyinə qarşı immunitet xəritəsini müəyyən etmək üçün bütün ölkə üzrə 153 min nəfər anticisim testindən keçirilib.
Azərbaycanda seroloji testlərin həyata keçirilməsi üçün fəaliyyət planı hazirlanıb. Testlər təsadüfi seçilmiş əhali qrupları arasinda könüllülük prinsipi ilə aparılacaq. Bu məqsədlə təsadüfi seçilmiş şəxslərə çağrı mərkəzindən zəng ediləcək, testdən keçməyə raziliq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş qanalma tibb bacısı göndəriləcək. Müayinə üçün venadan cəmi 3-5 ml qan nümunəsinin alinaraq laboratoriyalara göndəriləcək, analizdən keçiriləcək. Mütəxəsislər tərəfindən analizin nəticələrinin tibbi və statistik təhlili aparilaraq yekun nəticələr ictimaiyyətə bildiriləcək. İlkin mərhələdə tədqiqatlarin Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılması planlaşdırılır".