Azərbaycanda 2020-ci ilin ilk 7 ayı ərzində ölkəyə 27 792 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata əsasən, idxal olunan avtomobillərin 25 999 ədədi adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri olub.
Belə ki, bunlardan 2 453 daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hybrid), 105 ədədi elekto-karlar təşkil edib.
Azərbaycanda idxal olunan avtomobillərin ümumi dəyəri 340.97 mln. dollar olub.