Neftçalada 300 ailəyə ərzaq yardımı paylanıldı

14 Avqust 2020 13:49 (UTC+04:00)

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi müddətində Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir. Xüsusilə də aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur.

Neftçala Rayon İcra Hakimiyyəti və "Paşa Holding" MMC birgə təşəbbüsü ilə aztəminatlı ailələr üçün sovqat aksiya təşkil edilib. Könüllülərin dəstəyi ilə həyata keçirilən sosial aksiya Neftçala rayonun inzibati ərazisində daxil olan yaşayış məntəqələri əhatə edib.

Aksiya iştirakçıları gündəlik ərzaq məhsullarından ibarət 300 ədəd sovqat bağlamanı yaşı 65-dən yuxarı tənha yaşayan ahıllara, fiziki məhdudiyyətli şəxslərə və sosial müdafiəyə ehtiyacı olan az təminatlı ailələrə çatdırıblar.

Ərzaq paylarını qəbul edən Neftçala rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Dövlət başçısının “Biz birlikdə güclüyük!” çağırışı əsasında dövlət tərəfindən həyata keçirilən növbəti aksiyanı vətəndaşlar razılıqla qarşılayıb və təşkilatçılara öz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə verməklə yanaşı, onların qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə aztəminatlı ailələrə bayram əhval-ruhiyyəsi bəxş etmək baxımından əhəmiyyətlidir.