Ermənistan Hammarberqdən hesabatı gecikdirməyi xahiş edib

6 May 2011 22:04 (UTC+04:00)

Ermənistan hökuməti Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberqdən onun bu ölkə ilə bağlı hazırladığı hesabatda yer almış bəzi məsələlərin həlli üçün zaman istəyib.

SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, belə ki, Tomas Hammarberqin hazırladığı bu hesabat may ayının 2-si açıqlanmalı idi. Lakin Ermənistanın bu xahişini yerə salmayan komissar hesabatın açıqlanmasını bir həftə gecikdirib.