6 ayda ev şəraitində 83 uşaq doğulub

14 Avqust 2020 13:10 (UTC+04:00)

2020-ci ilin 6 ayı ərzində ev şəraitində 83 uşaq doğulub. SİA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O, bildirib ki, ev şəraitində doğulan uşaqların aşkar olunması sahəsində bir sıra işlər görülüb, maarifləndirmə işləri aparılıb:

"Valideynlərə doğum faktının müəyyənləşdirilməsi ilə bağlı məhkəməyə müraciət etməsinə hüquqi yardım göstərilib”.