Mədəniyyət Nazirliyində kadr təyinatı

14 Avqust 2020 13:03 (UTC+04:00)

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Həsənov Rüfət Rauf oğlu nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

SİA-nın məlumatına görə, Rüfət Həsənov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Amerika Birləşmiş Ştatlarının Men ştatında fəaliyyət göstərən Beyts Kollecini (Bates College) rejissor ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə ABŞ-ın Nyu-York Ştatında fəaliyyət göstərən “Vice Media” şirkətində montaj rejissoru olaraq başlayan Rüfət Həsənov Rusiyanın Moskva şəhərində yerləşən “Vita Aktiva” Kommunikasiya İnstitutunda post-prodakşn meneceri kimi fəaliyyətini davam etdirib.

2013-2017-ci illərdə R.Həsənov Litvanın Vilnüs şəhərində yerləşən “Lupa Q” prodakşn şirkətində rejissor və Rusiyanın Moskva şəhərində yerləşən “Lemon Films” studiyasında montaj rejissoru kimi işləyib.

2017-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının rejissoru kimi fəaliyyətini davam etdirən Rüfət Həsənov son təyinatadək “Debüt” studiyasının direktoru vəzifəsində çalışıb.