“İlqarənin çox gözəl zövqü var"

6 May 2011 21:55 (UTC+04:00)
Xalq artisti Aygün Kazımova qızı İlqarə ilə duet oxumağa hazırlaşır. SİA-nın Lent.az-a istinadən verdiyi xəbərə görə A.Kazımova yeni duetdən söhbət açıb. Xalq artisti deyib ki, hazırda mahnı seçimi gedir: "İlqarənin çox gözəl zövqü var. O, bəzən elə mahnılar axtarıb tapır ki, heç mənim xəbərim belə yoxdur... Seçimi ona həvalə etmişəm".