Şəhərdə tapança ilə gəzən saxlanıldı

14 Avqust 2020 12:58 (UTC+04:00)

Sumqayıt şəhər sakini A.Məhərrəmov saxlanılmış, ondan tapança və patron aşkar edilərək götürülüb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini A.Məhərrəmov saxlanılıb. Şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış revolver tipli tapança və 3 ədəd patron aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb.