Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır

14 Avqust 2020 12:38 (UTC+04:00)

Bağlanmış banklarda bloklanmış əmanətlərlə bağlı Konstitusiya Məhkəməsi vətəndaşların xeyrinə qərar qəbul etmişdi.

SİA-nın məlumatına görə, qərara əsasan, təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, NBC Bank, AG Bank və ATA Bank qadağa olsa da, əhalidən əmanət qəbul ediblər və həmin banklar müflis elan olunduqdan sonra o pullar blok edilmişdir. Bu, o deməkdir ki, Konstitusiya Məhkəməsi bizim təklif etdiyimiz kimi, vətəndaşlarımızın xeyrinə qərar qəbul edib. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir.

Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, bağlanmış banklarda bloklanmış əmanətlərin qaytarılmasına bu gündən başlanılır.