İsrail hökuməti ölkədəki bütün aviareyslərin uçuşunu təxirə salıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təyyarələrin keyfiyyətsiz benzinlə doldurulması şübhəsi ilə rəsmi Təl-Əviv beynəlxalq, eləcə də yerli uçuşları qeyri-müəyyən vaxta kimi təxirə salıb.
İsrailin hava limanı sözçüsünün bildirdiyinə görə, təyyarələri yanacaqla təmin edən şirkət rəhbərliyi bunun səbəbini açıqlamayıb, lakin təhlükənin olduğunu təsdiqləyib.
Hazırda İsrailə uçan digər təyyarə pilotlarına Kipr adasında məcburi eniş edib, yanacaq doldurmaları tapşırılır.