Türkiyə-Azərbaycan müttəfiqliyi yeni siyasi nizamın formalaşamasında iştirak edir" ÖZƏL-MÖVQE

14 Avqust 2020 10:16 (UTC+04:00)

"Aralıq dənizində Türkiyəyə qarşı Yunanıstanın təhrikedici addımları, Meis adasında əsgərlərini çıxarması, Ankaranın Afinaya qarşı hərbi addımlarla cavab verməsinə səbəb ola bilər. Türkiyə "Oruc Reis"kəşfiyyat seysmik gəmisini təyinatı üzrə yeni yataqların kəşfi üçün göndərib". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Yunanıstan tərəfi Türk tərəfinə atəş açarsa, Ankaranın cavab addımları sərt olacaq: "Bu da NATO -da ciddi parçalanmasına gətirəcək. Baş verənlər regionda Rusiya və İranın mövqeyinin güclənməsinə xidmət edəcək. ABŞ Kongrensi Türkiyəyə silah satışını "S-400" bəhanə edərək iki il ərzində dondurub. Məsələ "S-400"- lə bağlı olmaması və bunun Aralıq dənizində Türkiyəyə qarşı təzyiq olmasıdır.

Ankara Yunanıstan və Misir arasında dəniz müqaviləsini tanımayaraq, Liviya ilə birgə sazişdən irəli gələn mövqelərində öz fəaliyyətini genişləndirəcək. Nə Misir, nə də Yunanıstan Türkiyə ilə müharibə aparmaq iqtidarında deyil. Yunanıstanı təhrik edən Almaniya və Rusiyadır. Rusiya Türkiyənin Aralıq dənizində məğlub olmasını və bununla Liviyada mövqelərinin zəifləməsinə çalışır. Almaniya isə güclü Türkiyənin Yaxın Şərqdə özünün geosiyasi mövqeyinə təhlükə görür.

Türkiyə regionda siyasi-hərbi nizamın formalaşdırılmasında əsas oyunçudur və Azərbaycan mütləq şəkildə Türkiyəni yanında olmalıdır. Məhz Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Ankarda Türkiyənin haqlı işində daima yanlarında olduqlarını mesajını verdi. Bu, Türkiyə üçün vacibdir və regionda Türkiyə-Azərbaycan müttəfiqliyi Avrasiya regionunda yeni siyasi nizamın formalaşamasında iştirak edir".