Kolumbiyanın qərbində naməlum şəxslər polis məntəqəsi yaxınlığında qumbara partladıblar

14 Avqust 2020 07:49 (UTC+04:00)

Kolumbiyanın qərbində naməlum şəxslər polis məntəqəsi yaxınlığında qumbara partladıblar.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində ən az 13 nəfər yaralanıb.

Məlumata görə, hadisə Vale-del-Kauka departamentinin paytaxtı Kali şəhərində baş verib.

Bir uşaq və iki polis də daxil olmaqla zərərçəkənlər xəstəxanalara çatdırılıb. Səlahiyyətlilər hadisə ilə əlaqədar istintaq aparır.