“Aynişanla Kənanın ayrılıq xəbərini oxumaqdan bezdik, gözümüz mazol oldu”

14 Avqust 2020 13:30 (UTC+04:00)

Aparıcı Rövşanə Ağasəfqızı Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişanın həyat yoldaşı Kənanla boşanması xəbərinə münasibət bildirib. SİA-nın məlumatına görə, aparıcı bu sözləri dilə gətirib: “ “İnstagram”a girmək olmur. "Filankəs ərini izləmədən çıxardı, şəkillərini sildi”. “Filan cütlük deyəsən ayrıldı”. “Onların ayrılmalarının gizlin səbəbləri, qısqanclıq”... Sonra da yazıblar ki, qayınana kürəkəni izləmədən çıxarıb. Heç dəxli var? Bu nə biyabırçılıqdır. İnsanların yataq otağını nə qədər eşələnmək olar?! Hələ kimin ayrıldığı dəqiq deyil, bir dayanın... Belə xəbərləri oxumaqdan bezdik. Gözümüz mazol, qulağımız yağır oldu”.