“İnsanın bu dünyadakı ən önəmli missiyası sevib-sevilməkdir” FOTO

14 Avqust 2020 11:30 (UTC+04:00)

Aktyor İbrahim Çingiz həmkarı və sevgilisi Aydan Axundova ilə yeni fotosunu üzə çıxarıb. SİA-nın məlumatına görə, cütlük şəkildə olduqca səmimi olub.

Aktyor həmin şəkli sosial media hesabında yayımlayıb və bu sözləri əlavə edib: “İnsanın bu dünyadakı ən önəmli missiyası sevib-sevilməkdir. Harada neqativ, paxıl, sevgiyə kəc baxan insan görsəniz, bilin ki, onu istədiyi qədər sevən olmayıb. Elə buna görə də həyatını qaranlıq və soyuqda keçirənlərə öz günəşimizdən pay göndəririk”.