Belarus DİN etiraz aksiyalarında təsadüfən xəsarət alanlara görə məsuliyyəti öz üzərinə götürüb

13 Avqust 2020 23:19 (UTC+04:00)

Belarus Daxili İşlər naziri Yuri Karaev prezident seçkilərindən sonra baş verən etiraz aksiyalarında təsadüf üzündən xəsarət alanlara görə məsuliyyəti öz üzərinə götürdüyünü və buna görə üzr istədiyini bildirib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə nazir “ONT” telekanalına açıqlamasında deyib.

DİN rəhbəri istintaq təcridxanalarından ilk növbədə jurnalistlərin buraxılmasını tələb edib.

O, seçkilərdən sonra 5 gün davam edən ölkədəki mövcud vəziyyəti inqilab hesab etmədiyini diqqətə çatdırıb.