Təhsil İnstitutunun direktoru: “Ənənəvi təhsilə qayıtmağı düşünmürük” -

13 Avqust 2020 19:17 (UTC+04:00)
"Ənənəvi təhsildən danışanda heç də əvvəlki ənənəvi təhsilə qayıtmağı düşünmürük". SİA xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor əvəzi Anar Nağıyev deyib. Onun sözlərinə görə, nəzərə alınmalıdır ki, qlobal şəkildə pandemiya şəraitindəyik: "Bu vəziyyət hansısa kəndin pandemiyadan sığortalı olduğuna gətirib çıxarmır. Bütün hallarda təklifimiz ondan ibarətdir ki, vəziyyətdən asılı olaraq hibrid təhsil sisteminin, yəni distantla ənənəvi təhsil sisteminin qarışıq növlərinə yanaşaq". A.Nağıyev deyib ki, səsləndirilənlər yalnız təklifdir. Direktor əvəzinin sözlərinə görə, yekun qərar Nazirlər Kabineti yanında Operativ Qəraragahın qərarlarına əsasən veriləcək: "Biz sadəcə düşünürük ki, indiki şəraitdə ali təhsil sisteminin ənənəvi formada geriyə dönməsi mümkün deyil. Burada çoxlu fakt var. Ən inkişaf etmiş ölkələrdə belə, məsələn, ABŞ-da ali təhsilin hətta bütün il üçün məsafədən təşkil olunacağını elan ediblər".