“Beşiktaş” braziliyalı oyunçu ilə heyətini gücləndirib

13 Avqust 2020 18:29 (UTC+04:00)
"Alanyaspor"un futbolçusu Velinton komandasını dəyişib. SİA xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi karyerasını "Beşiktaş"da davam etdirəcək. 31 yaşlı oyunçu "ağ-qaralar"la artıq hərtərəfli anlaşma əldə edib. Razılığa əsasən, Velinton İstanbul təmsilçisi ilə 2+1 illik müqavilə imzalayacaq. "Sambaçı" bu gün yeni komandasının axşam məşqinə qoşulacaq. Qeyd edək ki, "Flamenqo"nun yetirməsi olan Velinton 2017-ci ildən "Alanyaspor"da çıxış edib.