Türkiyəli aktrisa Meral Niron vəfat etdi

13 Avqust 2020 17:51 (UTC+04:00)

Türkiyəli aktrisa Meral Niron vəfat edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi 83 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Meral 1937-ci ildə İzmirdə anadan olub. Uzun illər teatrda çalışıb. Bir çox film və seriallarda rol alıb. Tamaşaçılar onu daha çox "Bizim evin halleri" serialında canlandırdığı Sakız obrazı ilə tanıyır.