Fidel Kastro yenə ABŞ-ın siyasətini tənqid edib

6 May 2011 20:09 (UTC+04:00)

Kubanın sabiq prezidenti Fidel Kastro dövlət televiziyasında çıxışı zamanı bildirib ki, Amerika Birləşmiş Ştatları bin Ladenin sığınacağına etdiyi hücumla Pakistan dövlətinin suverenliyini pozub və bu ölkəni təhqir edib.

SİA-nın "Amerikanın səsi"nə istinadən verdiyi xəbərə görə, Kubanın sabiq dövlət başçısı terrorizmə nifrət etdiyini vurğulayıb.