“Milli Şura”nın təhqir şousu və növbəti meymunluğu

13 Avqust 2020 11:15 (UTC+04:00)

Yaxud qeybətxanada yenə də təhqir, satqınçılıq…

Fransız psixoloq Julyer iddia edir ki, insanlarda satqınçılıq və xəyanət simptomları bir dəfə formalaşırsa, bu sistemli şəkildə davamlı olur və ətraf mühitə ikrah yaranır. Bu məntiqlə yanaşsaq aydın olur ki, bu gün müxalifət illərdi ki, eyni mühitdə qalıblar. Bu o müxalifətdir ki, zaman-zaman bir-birilərinə xəyanət ediblər və demək olar ki, artıq bir periodiklik yaranıb və bu koronavirusdan da güclü virusdur ki, bunun qarşısını almaq sadəcə mümkün deyil. Necə ki, bu gün AXCP sədri Əli Kərimli və "Milli Şura" sədri Cəmil Həsənli bu gün bir-birilərinə tərif deyir, az keçməmiş başlayırlar quyu qazmağa. Bu da təəccüb doğurmur, çünki xəyanətkar xəyanətkarın yanında olar. Çünki, sənin kimi Əli Kərimli də xəyanət, qisaslar, intriqalar toplusudur. AXCP sədri Əli Kərimli və onun "banditos" dəstəsi Vətəndən, millətdən və demokratiyadan çox danışsalar da, həmişə sözləri əməllərinə zidd olub.

Bu gün sosial şəbəkələrdə "qoca professor” deyir ki, hökümət hesabat versin. İlk öncə tərbbiyəsizlər, əclaqsızlar yuvasının “Milli Şura” deyilən bir çamur özünü nə hesab edir? Nə hesab etdiklərini qeybətxanaçıların yuvası olan…

“Milli Şura” aşılamağa adət edib…

Bu dəfə AXCP və "Milli Şura"nın qeybətxana şousunun növbəti seriyayasında amerikansayağı Cəmil Həsənli xalqı aşağılayıb. Vidadi Mirkamal qeybətxananın lağ obyekti fransız Rahim Hacıyevin kəlləsinə ilişir: "Cəmil müəllim, orada necədi vəziyyət, karantin necədi, amerikalılar necə gözləyirlər bəs karantin qaydalarını, karantin yoxdu bəyəm onlarda?".

Okeanın o tayından boylanan Cəmil Həsənli isə cavabında bildirib: "Var, sadəcə bizimkilərdən fərqli olaraq buradakı adamlar özləri şüurludurlar". Cəmil Həsənlinin belə cavab verməsi təəcccüb doğurmur. “Zoom konfransı”nda çıxış edən qaragüruhçuların səviyyəsiz zarafat və fikirləri, toplantını lağlağı məclisinə çevirmələri belə Cmil Zəsənli kimilərin danışması təəccüb doğura bilməz.

Özünü müxalifətin “ağsaqqalı” hesab edən C.Həsənlinin Azərbaycan xalqını şüursuz adlandırması və başqa bir milləti azərbaycanlılardan üstün tutması “zoom”dakı dostları tərəfindən razılıqla qarşılanıb və heç kim bu axmaq fikirlərə iradını bildirməyib. Əksinə susmaqla onlar da belə mənfur düşüncə sahibi olduqlarını bir növ təsdiqləyiblər.

Qeyd edək ki, “Milli Şura”nın yeni videosu sosial şəbəkələrdə ciddi müzakirələrə və narazılığa səbəb olub. İnsanlar Cəmil Həsənlinin səsləndirdiyi xain fikirlərə etiraz edib və özünü müxalifət adlandıran marginalların xalqa bu cür münasibətini kəskin qınayıblar.

Vətəni satanlar və danışıb batanlar…

Satıb satılmağa adət edən Cəmil Həsənli ancaq belə danışa bilər. Çünki təbiəti belədir, belə yoğrulub. O, xalqın deyil, ermənipərəst dairələrin, Azərbaycan xalqının və dövlətinin düşmənlərinin ölkəmizdəki maşası olub. Elə bu səbəbdən də xalq 2013-cü ildə mayası xaricdən olan antimilli «şura»ya birmənalı «yox» dedi. Əlbəttə ki, C.Həsənli kimilərin xalqının qınağından da nə çəkinir, nə də öz yaşına hörmət edir. Deyir abırsızın abrı olmaz. Çünki Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi “çürümüş dirəkləri” həmin xəyanət yoluna “sadiq” olduqlarını göstərməklə öz abırsızlıqlarını göstərməkdədirlər. Azğınlaşmış və quduzlaşmış bu satqınlar xalqı ələ salmaqdan, onun ağır gününə sevinməkdən belə çəkinməyənlərdir. Hər kəs xatırlayır ki, antimilli “şura”nın şou «iclasında» Gültəkin Hacıbəyli neftin qiymətinin 14 dollara düşməsinə görə çox sevinir. İclasda Gültəkin Hacıbəyli "Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin", - deyə bildirir. Cəmil Həsənli isə "Bu son hədd deyil də, yoxsa təbrik edərdim, gözləyək axıracan düşsün, sonra təbrik edərəm", - deyə vurğulayır.

Ancaq bu antimilli “şura”nın quduzlaşmışları bir şeyi unudurdular ki, neftin qiymətinin düşməsi, gəlirlərin azalması xalqımızın hər bir vətəndaşına ziyandır. Azərbaycan xalqının gəlirlərinin azalmasına yalnız xalqın düşmənləri – ermənilər, bir də Gültəkin Hacıbəyli və Cəmil Həsənli kimilər sevinə bilərlər. Bu xəbəri eşitdikdən sonra onların sevinmələri, qəhqəhə çəkib gülmələri Azərbaycan xalqına olan nifrətlərinin, düşmən, xain olmalarının bariz nümunəsidir.

“Milli Şura”nın eyni zibilləri….

Elə bu günlərdə yayılmış “Milli Şura”nını növbəti şou «iclasında» Qənimət Zahidin “bizim işimiz hakimiyyəti şərləməkdir”, Vahid Məhərrəmlinin isə “xalq elə başa düşsün ki, biz onların qayğısını çəkirik” demələri antimilli bu satqın qeybətxana yuvasını xalqa qarşı həqiqətən də düşmən, xəyanətkar olduqlarının bir daha göstrir. Çünki onlar üçün hər bir uğur dərddir.

Ancaq bu satqınlar “kadroları” olan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimilər xalq qınağı çox çətin olur, onların növbəti xəyanətinin bağışlanması da olmaycaq. Bu dəfə xalq onları tarixin daha dərin, daha üfunətli zibilliyinə atacaq.

Siyavuş Novruzov: “Milli Şura” öz əxlaqına uyğun olaraq xalqı aşağılayıb”

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, Azərbaycan xalqını, dövlətini təhqir edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Milli sözünü də biabır edən “Milli Şura” adlı dərnək keçirdikləri videokonfrans zamanı Azərbaycan xalqına qarşı hörmətsizlik edib. Onlar öz əxlaqlarına uyğun məsələlərin müzakirəsinə həsr etdikləri görüşdə xalqın aşağılanmasına yol veriblər. Onlar barəsində tədbirlər görülməlidir. Xalqı təhqir edirlər ki, insanlar seriala baxır, bunlara baxmır. Demək, insanlar serialı sizdən üstün tutur, türk serialı xalq üçün Əli Kərimlinin sərsəmləməsindən daha üstündür”.

S.Novruzov qeyd edib ki, hər bir deputat məsələyə münasibət bildirməlidir: “Azərbaycan xalqına qarşı aşağılayıcı fikirlər cinayət məsuliyyəti ilə ölçülməlidir. Biz xalqın aşağılanmasına imkan verə bilmərik. Hesab edirəm ki, qanunları sərtləşdirməliyik. Onlar özlərini ifşa etdi”. Bəli, istər ölkə daxilindəki, istərsə də müxtəlif xarici ölkələrdə məskunlaşmış antimilli ünsürlər bilməlidirlər ki, gec-tez respublikamıza qarşı təxribatçı, yalançı-kamufulyajlı təbliğatı həqiqətlərin qarşısında tab gətirməyərək qısa müddətdə sabun köpüyü kimi dağılıb gedir və gedəcək də!. Vətən əxlaqından, milli mənlik şüurundan, məntiq və zəka gücündən mərhum olan, xalqa və milli dövlətçiliyin qəsdinə duran bu “ruhunu şeytana satan” xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar.

Rəfiqə HÜSEYNOVA