Bakıda sərnişin avtobusu yanıb

13 Avqust 2020 11:37 (UTC+04:00)

Bakı şəhərinin Xəzər rayonunda "Karsan" markalı sərnişin avtobusunun yanar hissələri yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.