Tonlarla ot bağlaması yandı

13 Avqust 2020 11:23 (UTC+04:00)

Ağcabədi rayonunun Hüsülü kəndində ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 16 ton ot bağlamasının 9 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.