"BakuBus" 20 min manatlıq müqavilə bağladı

13 Avqust 2020 10:39 (UTC+04:00)

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyət “Aris” MMC ilə müqavilə bağlayıb. SİA xəbər verir ki, müqavilədə finqerprin və kart oxucu avadanlıqların quraşdırma xidmətlərin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği 19 min 582 manatdır.

Qeyd edək ki, “Aris” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Ruslan Haqverdiyev Rüstəm oğludur. (banker.az)