Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycandadır FOTO

13 Avqust 2020 09:27 (UTC+04:00)

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər avqustun 12-də axşam saatlarında Azərbaycana səfərə gəlib.

Bu barədə SİA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.