Nurlan Novruzovun komandası Estoniya kubokunda növbəti mərhələyə adlayıb

13 Avqust 2020 04:19 (UTC+04:00)

Futbol üzrə Estoniya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.

SİA xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən komanda bu mərhələdə “Vastselina” ilə qarşılaşıb. Rəqibini böyük hesabla məğlub edən futbolçumuzun komandası növbəti mərhələyə vəsiqə qazanıb – 5:0.

Nurlan bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.