Somalinin paytaxtında baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb

13 Avqust 2020 02:07 (UTC+04:00)

Somalinin paytaxtı Moqadişoda baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, digəri yaralanıb.

SİA xəbər verir ki, bu barədə Gubjug News informasiya portalı məlumat verib.

Məlumata əsasən, partlayış Vaberi rayonunda baş verib.

Partlayıcı qurğu yolun kənarına quraşdırılmışdı və avtomobilin oradan keçdiyi anda partlayıb.