TƏBİB ölkəmizdə koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlayıb.

12 Avqust 2020 22:24 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirus infeksiyası ilə bağlı avqustun 12-nə olan statistik göstəriciləri açıqlayıb.

SİA xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 8 054 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 804 513 test aparılıb. Aktiv xəstə sayı 2 269 nəfərdir, onlardan 221 nəfər reanimasiyadadır, 41 nəfər isə süni tənəffüs aparatına qoşulub.