"Qalatasaray" heyətinə daha bir futbolçu cəlb edib

12 Avqust 2020 22:49 (UTC+04:00)

"Qalatasaray" heyətinə daha bir futbolçu cəlb edib.

SİA İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "sarı-qırmızılılar" "Sivasspor"dan ayrılan Emre Kılınçı transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, E.Kılınç Superliqada başa çatan mövsüm 28 oyuna 8 qol vurub, 5 qol ötürməsi edib.