Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilir

13 Avqust 2020 08:00 (UTC+04:00)

Bu gün cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilir.

SİA Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər.

İmtahan Nəsimi, Səbail, Nizami, Yasamal, Xətai, Xəzər, Sumqayıt (Sumqayıt, Xızı), Gəncə (Gəncə, Daşkəsən, Göygöl, Samux, Goranboy, Naftalan), Qazax-Ağstafa (Qazax, Ağstafa, Tovuz), Bərdə (Bərdə, Beyləqan, Tərtər, Xocavənd), Göyçay (Göyçay, İsmayıllı, Ucar), Lənkəran (Lənkəran, Astara, Lerik), Salyan (Salyan, Neftçala, Biləsuvar (Mehdili istisna)), Sabirabad (Sabirabad, Mehdili kəndi, İmişli, Füzuli), Şəki (Şəki, Oğuz, Qəbələ), Xaçmaz (Xaçmaz, Şabran, Siyəzən) imtahan mərkəzlərində keçirilir.