"Atalanta"nı məğlub edən PSJ UEFA Çempionlar Liqasının ilk yarımfinalçısıdır

13 Avqust 2020 00:59 (UTC+04:00)

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinə start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir matç keçirilir. Lissabonun "Estadio da Luş" stadionunda "Atalanta" və PSJ üz-üzə gəlir.

Qeyd edək ki, bu mərhələnin görüşləri bir oyundan ibarət olacaq.


12 avqust

“Atalanta” (İtaliya) - PSJ (Fransa) - 1:2
Qollar: Pasaliç, 27 (1:0), Markinyos, 90 (1:1), Çupo Motinq, 90+3 (1:2)

13 avqust

23:00. "Leyptsiq" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya)

14 avqust

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)

15 avqust

23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa)