Şotlandiyada sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı artıb

12 Avqust 2020 21:02 (UTC+04:00)

Şotlandiyada sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı artıb.

SİA xəbər verir ki, hadisə Şotlandiyanın şimal-şərqində, Aberdinşir bölgəsində qeydə alınıb.

Aberdindən Qlazqoya yola düşən sərnişin qatarının relsdən çıxması nəticəsində üç nəfər ölüb, 6 nəfər yaralanıb. Britaniya nəqliyyat polisi ölənlərin şəxsiyyətlərinin hələ müəyyənləşdirilmədiyini, ancaq qatar sürücüsünün də böyük ehtimalla ölənlər arasında olduğuna inandıqlarını qeyd edib.

Şotlandiyanın Baş Naziri “Twitter”də faciəvi hadisə nəticəsində ölənlərin yaxınlarına dərin hüznlə başsağlığı verdiyini bildirib.

Hadisənin başvermə səbəbi açıqlanmayıb.