Futbolçusu koronavirusa yoluxduğu üçün UEFA "Drita"ya texniki məğlubiyyət verib

12 Avqust 2020 23:52 (UTC+04:00)

UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin final oyunu ilə bağlı qərarını açıqlayıb.

SİA xəbər verir ki, qitə futbol qurumu futbolçusu koronavirusa yoluxduğu üçün "Linfild"lə (Şimali İrlandiya) matça çıxa bilməyən "Drita"ya (Kosovo) texniki məğlubiyyət verib.

Hələ avqustun 7-də "Drita"da bir oyunçunun testinin cavabı pozitiv çıxmışdı. "Linfild"lə qarşılaşma öncəsi isə daha bir oyunçunun virusa yoluxduğu müəyyənləşdiyindən, qarşılaşma təxirə salınmışdı. UEFA İsveçrənin səhiyyə xidməti ilə birlikdə Kosovo təmsilçisini bütün komanda şəklində karantinə almaq qərarına gəlib.

Bu isə o deməkdir ki, "Linfild" I təsnifat mərhələsinə adlayıb və orada Varşava "Legiya"sına (Polşa) rəqib olub.