Dünya peyvənd üçün ÜST-ün təsdiqini gözləyir FOTO

12 Avqust 2020 14:35 (UTC+04:00)

Rusiyada tətbiq edilən koronavirus peyvəndinin bütün dünyada istifadəyə verilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatının təsdiqini almalıdır. SİA xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin artıq peyvəndin hazır olduğunu elan edib, lakin, bir sıra beynəlxalq səhiyyə təşkilatları və mütəxəssislər peyvəndin effektivlik dərəcəsinin sual altında olduğunu bəyan ediblər.

Rusiyanın Səhiyyə Nazirliyi təfərindən təsdiqlənən peyvəndlə bağlı açıqlamada peyvəndin 2 həftə ərzində hazır olacağı elan edilib. Prezident Putin öz qızına da peyvəndin edildiyini açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı isə peyvəndlə bağlı bildirib ki, Rusiyanın müvafiq qurumları ilə pəyvəndin təstiq edilməsi prosesi ilə əlaqədar danışıqlar aparılır. Peyvənd prosesinin izlənilməsi prosesi və müddəti çox dəqiq araşdırmalar tələb edir.

Mütəxəssislər isə Rusiyada 2 aylıq insan üzərindəki sınaqlardan keçirilən peyvəndə şübhə və tərəddüdlə yanaşırlar. Buna baxmayaraq Rusiya peyvəndin 20 ölkə tərəfindən maraqla qarşılandığını, hətta ABŞ-ın bəzi şirkətlərinin də peyvəndin idxalı ilə bağlı danışıqlara daxil olduğunu açıqlayıb.

Nəticə olaraq isə dünya hazırda Ümumdünya Səhiyyə Təşkilatının peyvəndlə bağlı açıqlayacağı son qərarı gözləyir. Peyvəndin bütün dünyada istifadəyə verilməsi üçün ÜST peyvəndi təsdiqləməlidir.

Artıq Rusiya mediasında peyvəndin fotoları bölüşülüb.