Ermənistanda koronavirusa yoluxanların sayı 41 minə yüksəlir

12 Avqust 2020 13:57 (UTC+04:00)

Ermənistanda son sutka ərzində 201 koronavirusa yoluxma qeydə alınıb. SİA-nın məlumatına görə, bununla da infeksiyaya yoluxanların sayı 40 min 794-ə yüksəlib.

Ölənlərin sayı 3 nəfər artaraq 806 olub.

Hazırda Ermənistanda 6 min 496 aktiv koronavirus xəstəsi var.