“Hakimiyyəti yalnız bir yerdə getməyə məcbur edə bilərik” ARA VARDANYAN

12 Avqust 2020 13:46 (UTC+04:00)

“Şübhə etmirəm ki, biz yaxın bir neçə ildə Ermənistanın kimlər tərəfindən idarə olunacağı ilə bağlı müxalifət sahəsində kifayət qədər siyasi ittifaqların şahidləri olacağıq”. SİA xəbər verir ki, bu barədə erməni KİV-lərinə “Hayastan” ümumerməni fondunun sabiq direktoru Ara Vardanyan ölkədaxili vəziyyət barədə danışarkən deyib.

Onun sözlərinə görə, iki il əvvəl baş verənlər Ermənistana ciddi zərər vurub. “Məsələ ondadır ki, vətəndaşların çoxu baş nazir ola biləcəklərini hesab edirdilər. Əslində isə, bu, hökumət başçısı institutu səviyyəsinin çox ciddi şəkildə aşağı düşməsidir”, Vardanyan jurnalistlərlə söhbətində bildirib.

"İki il əvvəl baş nazir institutu səviyyəcə aşağı düşdü, çünki həmin vəzifəni ona layiq olmayan insan tutdu"

Onun sözlərinə görə, bu, Ermənistana və onun sakinlərinə qarşı qeyri-ciddi münasibətdir. SİTAT: “Belə ki, vəzifəyə can atmaq ölkəni yaxşıya doğru aparmır və biz bunu gördük. Praktiki olaraq siyasi sahədə olan bütün oyunçulara elə görünürdü ki, onların hər biri hökumət kabinetinin rəhbəri olacaqlar. İki il əvvəl baş nazir institutu səviyyəcə aşağı düşdü, çünki həmin vəzifəni ona layiq olmayan insan tutdu. Artıq ictimaiyyət də bunu anlayıb”.

“Son iki ildə biz gördük ki, müxtəlif siyasi partiyalar, ayrı-ayrı şəxslər, təşəbbüs qruplarının üzvləri, təşkilat rəhbərləri yorğanı özlərinə tərəf çəkirdilər və bununla göstərmək istəyirdilər ki, baş nazir ola bilərlər”, deyən Vardanyana görə, artıq indi elə bir an gəlib-çıxıb ki, mən də daxil olmaqla hər kəs hökumət başçısının yoldan keçən biri ola bilməyəcəyi faktını dərk edib.

“Ermənistanda ayrıca olaraq elə bir güc yoxdur ki, bu hakimiyyəti getməyə məcbur etsin, bunu yalnız bir yerdə, vahid şəkildə birləşərək edə bilərik”, Ara Vardanyan deyib.

Rövşən RƏSULOV