Xaçmazda ağır qəza ölən və yaralanan var

12 Avqust 2020 13:40 (UTC+04:00)

Xaçmaz rayonunun Müqtədir qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, avqustun 11-də saat 23 radələrində Xaçmaz rayonunun Müqtədir qəsəbəsi ərazisində qəsəbə sakini İ.Atakişiyev idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sərnişini, həmyerlisi Çingiz Balakişiyev hadisə yerində ölmüş, sürücü isə xəstəxanaya yerləşdirilib. Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.