Xırdalanda yol-nəqliyyat hadisəsi - ÖLƏN var

12 Avqust 2020 13:34 (UTC+04:00)

Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, avqustun 11-də saat 4 radələrində Xırdalan şəhəri ərazisində şəhər sakini M.Kazımov idarə etdiyi “Mazda” markalı avtomobillə yolu keçən Hökməli qəsəbə sakini Eldəniz Rüstəmovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Abşeron RPİ tərəfindən araşdırma aparılır.