Buzovnada “Renault” markalı avtomobilin vurduğu piyada hadisə yerində ölüb

12 Avqust 2020 13:26 (UTC+04:00)

Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, avqustun 11-də saat 22 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini E.Rəhimov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurmuş və həmin şəxs hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.