Karantin rejiminin zəruri qayda və tələblərinə əməl edilməsinə nəzarət davam edir

12 Avqust 2020 12:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi tərəfindən avqustun 10-da keçirilmiş monitorinqlərdə Binəqədi rayonunda Kamil Orucova, Kənan Abışova, Rüstəm Lillahova, Emin Mustafayevə, Natiq Hüseynova, Ramil Məsimova məxsus mağazalarda, Nizami rayonunda Orxan Məmmədliyə, Müqabil Allahverdiyevə, Tərlan Məmmədova, Aslan İsayevə məxsus ticarət obyektlərində, Orxan İsmayılova məxsus şirniyyat sexində, Qaradağ rayonunda Hüseyn Abbasova, Seymur Zamanova, Səbuhi Qasımova məxsus mağazalarda, Elməddin Təhməzliyə məxsus xidmət obyektində, Yasamal rayonunda “Royal Home-1 Mağazası”nda, “FLO” mağazasında, “Böyük Fırat Restoranı”nda, Məhəmməd Qədimova, Toğrul Mirzəyevə, Hikmət Mustafayevə məxsus pərakəndə ticarət obyektlərində, Xəzər rayonunda “Oba Market”də, Şəfa Bəylərovaya, Vasif Tağıyevə, Elnur Mayılova məxsus marketlərdə, Nəsimi rayonunda Ramin Abbasova məxsus geyim mağazasında, İlqar Aslanova, Vüqar Salahova, Vüqar Cəfərova məxsus pərakəndə ticarət obyektlərində, “Vita Aptekləri" və “Zeytun Pharmaceuticals” MMC-lərə məxsus apteklərdə, Xətai rayonunda "Nərmin Parfümeriya və Kosmetika” mağazasında, Sevşən Hüseynova məxsus “1001 Xırdavat”da, "Buta Farm" MMC-yə məxsus aptekdə, Sabunçu rayonunda Gülər Əbilovaya, Yeganə Ağayevaya, Sevinc Mürsəlovaya, Meydar Meydarova məxsus mağazalarda, Suraxanı rayonunda “Al Market”də, Nərimanov rayonunda Cavid Kərimliyə məxsus ictimai iaşə obyektində, Muhsin Toparlıya, Rəfəddin Məmmədova məxsus dönərxanalarda, Səbail rayonunda “Araz Market”də, “Modamo Beauty Studio”da, Vəfa Məmmədovaya, Salamat Cəfərova, Ağareyim Bayramova məxsus tərcümə mərkəzlərində, ümumilikdə monitorinq aparılmış 812 obyektin 77-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Qeyd edək ki, mayın 22-dən avqustun 11-dək monitorinq aparılmış 23816 sahibkarlıq subyektindən 8027-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Nəzarət tədbirləri davam edir.