Müxalifət cılızlaşıb RƏY-ÖZƏL

12 Avqust 2020 12:38 (UTC+04:00)

Xaricdəki “söyüş müxalifəti” öz təxribatlarını, şər və böhtanlarını daha geniş formada davam etdirirlər. AXCP sədri Əli Kərimlidə, “Milli Şura”nın rəhbəri və digərləri də həmin “söyüş müxalifəti” ilə üst-üstə düşən dezinformasiyalar yayırlar. Bu da bir daha təsdiq edir ki, xaricdəki və daxildəki məkrli qüvvələr eyni mərkəzdən idarə olunurlar. "Yurddaş" Partiyasının sədri Mais Səfərli “Səs” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan inkişafı ilə dünya dövlətləri arasında öz sözünü deyən və hörmətini qazanan bir dövlətdir: “Hazırda aparılan genişmiqyaslı islahatlar və dəyişikliklər ölkəmizin dayanıqlı inkişafının təmin edilməsinə yönəlmişdir. Azərbaycan çox uğurlu inkişaf yolundadır. Ölkəmizin inkişafına kölgə salmaq istəyən bəzi qüvvələr əllərindən gələni edir. Yəni bizim inkişafımız, xaricdə olan düşmənlərimizdə qısqanclıq yaradır, onlar bundan qıcıqlanırlar, aqressiyaya düşürlər. Xaricdə anti-Azərbaycan şəbəkəsi vardır ki, onların da başında ermənilər dayanır, ölkəmizin inkişafını əngəlləmək, qarayaxmaq və nə isə bir xoaşgəlməz bir vəziyyət yaratmaq üçün onlar hər zaman nə isə bir fürsət axtarırlar. Bax elə həmin şəbəkələr bu gün müxtəlif adlarla xüsusilə də, guya siyasi mühacir adı ilə getmiş şəxslərdən istifadə edirlər. Gördüyünü kimi, son günlər onlar yenidən bu iyrənc fəaliyyətlərini başlayıblar. Demək olar ki, onların xaricdə apardıqları bu iyrənc fəaliyyətlərini burada dəstəkləyən qüvvələr də var”.

M.Səfərli bildirdi ki, adlarını “Milli Şura” qoyan və həmin qurumda təmsil olan bir sıra şəxslər də var ki, onlar fəaliyyətlərini xaricdə oturub, söyüş söyən şəxslərlə birgə koordinasiya edirlər: “Demək olar ki, onların fəaliyyəti ancaq ağa qara deməkdir. Adını azərbaycanlı qoyub, özünü siyasətçi hesab edən belə davranış sərgiləyərmi? Əlbəttə, yox. Belə olan halda da, demək olar ki, o şəxslərə azərbaycanlı demək olmaz. Adları bəlli şəxslər ancaq xaricdən aldıqları sifarişləri yerinə yetirirlər. Təbii ki, bu qüvvələr çox cılız qüvvələrdir və say etibarı ilə o qədər kiçikdirlər ki, onlar heç bir şey edə bilməzlər. Yəni onların nə etmələrindən asılı olmayaraq heç vaxtı həmin qüvvələr öz məkrli istəklərinə çatmayacaqdır. Ümumiyyətlə, bu gün xalqımız onların kim olduqlarını və nə etmək istədiklərini çox yaxşı bilirlər. Bu baxımdan da, onların xalqımız tərəfindən heç bir dəstəyi yoxdur. Belə olan halda da müxalifət məhvə məhkumdur”.