Gənc yazıçı Cavid Zeynallının kitabı Türkiyədə çap olunub

12 Avqust 2020 13:43 (UTC+04:00)

Gənc yazıçı Cavid Zeynallının “Coğrafiya müəlliminin pencəyi” adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb. SİA-nın məlumatına görə, kitab Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası”nda çıxıb.

Şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.