Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub FOTO

12 Avqust 2020 11:38 (UTC+04:00)

Təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.