Vaksin 2 illik immunitet yaradır - Rusiya Səhiyyə Nazirliyi

12 Avqust 2020 11:11 (UTC+04:00)

Qamaleya adına Epidemiologiya və Mikrobiyologiya İnstitutunun hazırladığı COVİD-19 peyvəndinin ikimərhələli tətbiqi 2 ilə qədər immun təmin edir. SİA-nın məlumatına görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, peyvənd insan adenovirusuna əsaslanıb və bütün lazımi testlərdən keçirilib.

Səhiyyə naziri Mixail Muraşko isə aparılan testlərin yüksək effektivliklə nəticələndiyini və təhlükəsiz olduğunu dilə gətirib. Nazir bütün könüllülərdə immun sisteminin yarandığını, heç birində immunitetlə bağlı problem olmadığını qeyd edib.

Peyvəndin kütləvi istehsalında iştirak edəcək şirkətlərdən biri “Binnopharm”dır. şirkət ildə 1,5 milyon peyvənd hazırlamaq potensialına malikdir.