Türkiyədəki zəlzələ Naxçıvanda hiss olundu

12 Avqust 2020 10:45 (UTC+04:00)

Bu gün yerli vaxtla saat 03:29-da Türkiyədə Heydərabad stansiyasından 53 km şimal-qərbdə zəlzələ qeydə alınıb.

Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata görə, təkanlar Naxçıvan Muxtar Respublikasının Sədərək və Heydərabad rayonlarında 3 bala qədər hiss olunub.